Tarantinonun filminin premyera öncəsi nümayişindən » Memur.az

Tarantinonun filminin premyera öncəsi nümayişindən

Tarantinonun filminin premyera öncəsi nümayişindən

“CinemaPlus”da.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” 6 yanvar tarixində Kventin Tarantinonun “Mənfur səkkizlik” filminin dünya premyerasından 7 gün öncə qapalı premyerasını keçirib.

Memur.Az xəbər verir ki, kinoteatrda Vəhşi Qərb ab-havası hökm sürüb, furşet təşkil olunub. Tədbirin yadda qalan hissəsi, kovboy üslubunda rəqs quruluşu - şou proqramı olub. Şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibkarları həmin axşamın qonaqları olublar.