Qətərin mədəniyyət naziri Azərbaycan Xalça Muzeyində » Memur.az

Qətərin mədəniyyət naziri Azərbaycan Xalça Muzeyində

Qətərin mədəniyyət naziri Azərbaycan Xalça Muzeyində

Nazir Azərbaycan tarixinə və mədəniyyətinə heyranlığını ifadə edib.

Dekabr ayının 27-də Qətərin mədəniyyət naziri Xamad Bin Əbdül Əziz Əl-Kavari Azərbaycan Xalça Muzeyinin qonağı olub.

Bu haqda Memur.Az-a məlumatı muzeyin mətbuat katibi Fuad Rəsul verib.

Nazir muzeyin kolleksiyası ilə tanış olaraq Azərbaycan tarixinə və mədəniyyətinə, xüsusən də xalçalarına heyranlığını ifadə edərək, muzeyin Rəylər kitabına ürək sözlərini yazıb.

Görüşün sonunda Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan Xalçası Ensiklopediyası”nı Qətərin mədəniyyət naziri Xamad Bin Əbdul Əziz Əl-Kavariyə hədiyyə edib.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən həftə nazirliyin kollegiya iclasında Röya Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bəyan edib.