Heydər Əliyev Sarayında konsert keçiriləcək » Memur.az

Heydər Əliyev Sarayında konsert keçiriləcək

Heydər Əliyev Sarayında konsert keçiriləcək

Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunan konsert keçiriləcək.

Memur.Az-a Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertin təşkilində məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə Xalq Artisti Gülyanaq Məmmədova, Əməkdar Artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev və başqaları sevilən ifalarını səsləndirəcəklər. Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə əlillərdən ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.