Habil Əliyevin xatirəsinə əsər hazırlanır » Memur.az

Habil Əliyevin xatirəsinə əsər hazırlanır

Habil Əliyevin xatirəsinə əsər hazırlanır

Azərbaycanın xalq artisti, mərhum kamança ifaçısı Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır.

Memur.Az "Report"a istinadən bildirir ki, bunu xalq artistinin oğlu Rəvan Əliyev deyib.
O bildirib ki, əsərin müəllifi özüdür: "Atamın xatirəsinə həsr olunan simfonik əsərin müəlli özüməm. Artıq hazırlıq işlərinə başlanılıb və əsərin tam ərsəyə gəlməsi üzərində iş gedir. Əsər təqribən 4 aydan sonra hazır olacaq".
Xatırladaq ki, məhşur kamança ifaçısı Habil Əliyev bu il sentyabrın 8-də 88 yaşında vəfat edib.