Azərbaycanlı aktrisanın 3 "ər"i onun üstündə dava salacaq » Memur.az

Azərbaycanlı aktrisanın 3 "ər"i onun üstündə dava salacaq

Azərbaycanlı aktrisanın 3 "ər"i onun üstündə dava salacaq
Oktyabrın 15-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Oleq Yernevin pyesi əsasında Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin səhnələşdirdiyi "Yeni il gecəsi məhəbbət intriqaları" tamaşası növbəti dəfə oynanılacaq.

Teatrdan Memur.Az-a verilən məlumata görə, bu tamaşanın özəlliyi ondadır ki, tamaşanın əsas rollarından birini ifa edən Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjiskayanın 70 yaşı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan mədəniyyətinin fəxri işçisi" və "Sənətkar" medalı ilə təltif olunan aktrisa 50 ildir ki, səhnədədr.

Tamaşanın çox maraqlı mövzusu var. 3 dəfə ərə gedən qəhrəmanın keçmiş həyat yoldaşları ömürlərinin sonunu birlikdə keçirmək üçün qadının yanına qayıdırlar. 3 kişi onun yanında qalmaq üçün hər şeyə hazırdır.

Tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı, Azərbaycanın xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Azərbaycanın əməkdar artisti - Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva iştirak edirlər.