“Nizami”də yeni filmlərin nümayişinə başlanılıb » Memur.az

“Nizami”də yeni filmlərin nümayişinə başlanılıb

“Nizami”də yeni filmlərin nümayişinə başlanılıb

Bu gündən etibarən “Nizami” Kino Mərkəzində oktyabrın “Pen: Netlandiyaya səyahət” və “Marslı” filmlərinin nümayişinə başlanıb.

Memur.az xəbər verir ki, “Pen Netlandiyaya səyahət” filmi Avstraliya, ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır.

Məcara janrında olan filmin rejissoru Co Rayt ssenari müəllifi Ceyson Fuksdur.
Film sehirli Netlandiyada təhlükəli macəralarla qarşılaşan ata-anasız birindən bəhs edir. Çətinliklərlə qarşılaşdıqda başa düşür ki, onun taleyi qəhrəmanlıq edib həmişəlik yaddaşlarda Piter Pen adı ilə qalmaqdır.

Filmdə baş rollara Hyu Cekman, Levi Miller, Qarret Xedlund, Runi Mara, Adil Axtar, Nonso Anozi və başqaları çəkilib.

Rejissor Ridli Skottun, Dryu Qoddardın ssenarisi əsasında çəkdiyi “Marslı” isə filmi fantastika və macəra janrındadır.
“Ares -3” mars misiyasını yerinə yetirərkən, iş əsnasında yaranmış təhlükəyə görə planeti tərk etməyə məcbur qalır.

Mühəndis və bioloq Mark Uotni qum fırtınası nəticəsində skafandrını zədələyir. Misiyanın əməkdaşları Markı ölmüş bilib, planeti onsuz tərk edirlər. Özünə gəldikdə Uotni başa düşür ki, Yer kürəsi ilə əlaqəsi kəsilib. İndi o, dörd ildən sonra gələcək “Ares -4” misiyasını gözləmək üçün həyatda qalmağı bacarmalıdır.

Filmdə rollara Mett Deymon, Cesika Çesteyn, Kristen Uiq, Ceff Daniels, Maykl Penya, Şon Bin, Keyt Mara, Sebastyan Sten, Aksel Henni, Çivetel Eciofor və başqaları çəkilib.

Əziz kinosevərlər filmlər haqqında daha ətraflı məlumatı "Nizami" Kino Mərkəzinin "Facebook" səhifəsindən də öyrənmək mümkündür.(https://www.facebook.com/NizamiCinema?rf=hl).

Aytən Həsənova