• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" adlı sərgi açılıb

Mədəniyyət

5-02-2026, 10:15

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" adlı sərgi açılıbFevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin ("Gillie&Marc Schattner") "Vəhşi təbiətin super qəhrəmanları" (The Superheroes of Wildlife) adlı sərginin açılışı olub.

"Report" xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

Sərginin açılışından əvvəl heykəltaraş Cili Şatner jurnalistlərə bildirib ki, sərgidə əsas missiya sənət vasitəsilə vəhşi təbiətin qorunması və sevgi mesajlarını yaymaqdır.

"Məqsədimiz dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilmək təhlükəsi altında olan heyvanları qorumağa təşviq etməkdir. Biz heyvanları öyrənir, müşahidə edir, çəkir və təsvir edirik. Sərgidə nümayiş olunan bütün heykəllər real həyatda gördüyümüz heyvanlara əsaslanır", - deyə Cili Şatner vurğulayıb.

Heykəltaraş Mark Şatner isə Bakıda və ümumilikdə Azərbaycanda təbiətin qorunmasına xüsusi əhəmiyyət verildiyini deyib: "Söhbətlərimiz zamanı Bakının və bütövlükdə Azərbaycanın vəhşi təbiətin mühafizəsi, eləcə də ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi dəyərli təşəbbüslər barədə ətraflı məlumat aldıq. Məhz bu amil bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Çünki burada təbiətlə dərin və səmimi bir bağlılıq mövcuddur", – deyə o qeyd edib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib.

Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var.

O bildirib ki, "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək.

Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Heykəltaraş Cili Şatner çıxışında deyib ki, bu sərgi onlar üçün adi bir layihə deyil, təbiətə olan sevgilərinin ümumi bir təntənəsidir.

"Bu sərgi ilə biz qəlblərimizi, hekayələrimizi və danışa bilməyən heyvanların səsini insanlara çatdırmaq istəyirik. Biz hər zaman inanmışıq ki, incəsənət qəlbləri birləşdirən ən güclü vasitədir".

O, həmçinin bildirib ki, onların monumental heykəlləri indiyədək Nyu-York, London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla dünyanın 250-dən çox şəhərində nümayiş etdirilib.

Tədbirdə çıxış edən heykəltaraş Mark Şatner bildirib ki, Azərbaycana ilk dəfə səfər edirlər və Heydər Əliyev Mərkəzində belə möhtəşəm bir məkanda sərgilərinin açılması onlar üçün böyük sevincdir. Heykəltaraş ərsəyə gətirdikləri əsərlər barədə danışıb: "Əsərlərimiz elə qurulub ki, tamaşaçı onların üzərində otura, ətrafında gəzə və hətta toxuna bilərlər. Bu isə işimizin mahiyyəti baxımından əsərlərlə həm emosional, həm də fiziki təmas qurmağa imkan yaradır".

Heykəltaraşlar Cili və Mark Şatner, həmçinin vurğulayıblar ki, indiyə qədər ərsəyə gətirdikləri əsərlər bir məhəbbət hekayəsindən başlayıb. Belə ki, Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cı ildə Honkonqda bir filmin çəkiliş meydançasında tanış olublar. O dövrdə model olan Cili və kreativ direktor kimi çalışan Mark yeddi gün sonra ailə həyatı qurublar. "The New York Times" qəzeti onları "Nyu-York tarixində ən uğurlu və ən çox əsər yaradan ictimai sənət müəllifləri" adlandırır.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

"Vəhşi təbiətin super qəhrəmanları"nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman - "Dovşan xanım" ("Rabbit woman") və "İt adam"ın ("Dog man") macəralarını əks etdirir. Bu iki qəhrəman özlərində "fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq yaşayıb, təbiətin qayğısına qala bilərik" ideyasını canlandırır.

Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iriölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Siyasət

26-08-2025, 18:56

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Siyasət

29-04-2025, 09:55

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - YENİLƏNİB - 2

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Siyasət

26-08-2024, 08:52

Mehriban Əliyevanın doğum günüdür

Siyasət

17-05-2024, 09:23

Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış o ...

Siyasət

18-03-2024, 09:13

Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” ad ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Meksikada güclü zəlzələ baş verib
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Cəmiyyət
10-03-2026, 12:45
Sabah hava yağıntılı olacaq
10-03-2026, 12:38
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
8-03-2026, 16:53
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
8-03-2026, 01:41
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
6-03-2026, 12:40
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı
3-03-2026, 16:16
Azərbaycanda yeni cərimələr tətbiq olunacaq - Parlament razılıq verdi
Son xəbərlər
  • Bu gün, 15:35
    KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... - Milyonları və estafeti övladlarına ötürüblər
  • Bu gün, 09:05
    Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib
  • Bu gün, 09:01
    Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib - YENİLƏNİB
  • Bu gün, 06:00
    Vuçiç: Serbiya 2041-ci ilə qədər böyük atom elektrik stansiyası tikməyi planlaşdırır
  • Bu gün, 05:58
    İran XİN ABŞ ilə İsrailin İraqa hücumunu pisləyib
  • Bu gün, 05:57
    Serbiya NATO-ya qoşulmayacaq və neytrallığını qorumaq niyyətindədir
  • Bu gün, 05:56
    İran ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcəyi ilə hədələyib
  • Bu gün, 05:54
    Əraqçi: İranın nüvə silahından imtina təklifi rədd edilib
  • Dünən, 20:37
    Sülhdən daha yaxşı heç nə yoxdur - Prezident
  • Dünən, 20:35
    Mehdiyevlərlə bağlı yeni xəbər: əvvəl təkzib edildi, sonra gerçək bilindi
  • Dünən, 20:34
    DİM əleyhinə narazılıqlar böyüyür
  • Dünən, 20:33
    Prezidentin qızları və gəlini “Yaşama Dəstək” Mərkəzini ziyarət ediblər
  • Dünən, 20:27
    Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
  • Dünən, 20:24
    Rövnəq Abdullayev və Elxan Məmmədov həbs oluna bilər? – Yeni DETALLAR
  • Dünən, 15:57
    İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
  • Dünən, 15:53
    Vilayət Eyvazov: Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirir
  • Dünən, 15:49
    İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib
  • Dünən, 10:50
    İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır
  • Dünən, 10:49
    İlham Əliyev və Antonio Koşta Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar
  • Dünən, 10:44
    Aİ Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb
  • Dünən, 10:40
    Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
  • 11-03-2026, 17:15
    Bakı meri dövlət tenderini özünə yaxın şirkətə verib- ARAŞDIRMA
  • 11-03-2026, 17:14
    Hərbi qulluqçuların maaşlarında dəyişiklik TƏSDİQLƏNDİ
  • 11-03-2026, 17:13
    Vasif Talıbovun adının hallandığı şirkət rəhbərinə cinayət işi AÇILDI
  • 11-03-2026, 17:03
    İş adamı Rasim Nəbiyev Bakıdaxanovda necə qanunsuz inşa işləri gördürür?
  • 11-03-2026, 17:00
    İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
  • 11-03-2026, 16:55
    Adı agentlikdir - 15 departamenti, 39 şöbəsi, 163 rəhbər şəxsi var
  • 11-03-2026, 16:52
    İcra başçısı onların hamısını işdən çıxardı: 27 nəfər...
  • 11-03-2026, 16:50
    “Müəllimlərə divan tutduğuna görə yeni vəzifə verilib” – SENSASİON İTTİHAM
  • 11-03-2026, 16:49
    Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?
  • 11-03-2026, 16:48
    Sədr yüksək vəzifəli şəxsi işdən çıxardı
  • 11-03-2026, 16:43
    “İcra başçısına şər atırlar” - Taxıl davası ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 11-03-2026, 16:26
    İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir
  • 11-03-2026, 16:26
    Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək
  • 11-03-2026, 16:25
    Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...