Bu gün şəhid olan Azərbaycan çempionunun doğum günüdür » Memur.az

Bu gün şəhid olan Azərbaycan çempionunun doğum günüdür

Bu gün şəhid olan Azərbaycan çempionunun doğum günüdürBu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının doğum günüdür.

Oxu.Az xatırladır ki, şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub.

O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.

Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.

M.Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.
Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.