Surət Hüseynovun cənazəsi Gəncəyə gətirilib » Memur.az

Surət Hüseynovun cənazəsi Gəncəyə gətirilib

Surət Hüseynovun cənazəsi Gəncəyə gətirilibSabiq baş nazir Surət Hüseynovun cənazəsi Gəncəyə gətirilib.

Oxu.Az-ın məlumatına görə, onunla bu gün evində vida mərasimi keçiriləcək.

Vida mərasimindən sonra Surət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Surət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib.
Xatırladaq ki, iyulun 31-də S.Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən hava limanında infarkt keçirib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.