Azərbaycanda tanınmış alim vəfat edib » Memur.az

Azərbaycanda tanınmış alim vəfat edib

Azərbaycanda tanınmış alim vəfat edibAzərbaycanın tanınmış informatika mütəxəssisi Ramin Mahmudzadə vəfat edib.

Oxu.Az xəbər verir ki, tanınmış alim 87 yaşında dünyasını dəyişib.

Ramin Mahmudzadə 31 avqust 1935-ci ildə Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra ali təhsilini Ukraynanın Dnepropetrovsk Universiteti, BDU və Sankt-Peterburq universitetlərində davam etdirib.

Fəlsəfə doktoru dissertasiyası müdafiə etdikdən sonra təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb.