Bu gün, 13:33
Litva Azərbaycanla dialoqu konkret layihələrə, investisiyalara və işgüzar əlaqələrin möhkəmləndirilməsinə çevirmək üçün real imkanlar görür.
"Memurtv.az" xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşün yekunları üzrə "X" səhifəsində yazıb.
"Bu gün ikitərəfli iqtisadi əməkdaşlıq potensialını müzakirə etmək üçün Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdüm. Geosiyasət biznesi, ticarət marşrutlarını, enerji axınlarını və investisiya qərarlarını dəyişir. Artıq bu gün hərəkətə keçənlər sabah ən böyük üstünlüklərə sahib olacaqlar. Azərbaycan iqtisadi təhlükəsizlik, nəqliyyat bağlantısı və enerji dayanıqlığı məsələlərində Avropanın strateji tərəfdaşıdır. Litva dialoqu konkret layihələrə, investisiyalara və işgüzar əlaqələrin möhkəmləndirilməsinə çevirmək üçün real imkanlar görür", - nazir qeyd edib.
Mənbə: https://memurtv.az/iqtisadiyyat/20301-xin-bashchisi-vilnus-baki-ile-dialoqu-layihelere-ve-investisiyalara-chevirmeye-umid-edir.html