Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək

21-05-2026, 11:50

Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcəkAzərbaycan ilə Səudiyyə Ərəbistanının arasında enerji sektoru üzrə əməkdaşlıq daha da genişlənəcək.

Bunu "Report"a açıqlamasında Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas deyib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əlaqələr uzun illərə dayanır və bu istiqamətdə əməkdaşlıq davam edir: "COVID-19 pandemiyası dövründə Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfər edib və tərəflər arasında koordinasiya daha da güclənib. Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində mühüm yer tutur".

Mənbə: https://memurtv.az/iqtisadiyyat/17772-azerbaycan-seudiyye-erebistani-ile-enerji-sektorunda-emekdashligi-genishlendirecek.html