Azərbaycanda ötən il 6 milyon tona yaxın neft emal edilib
15-01-2025, 12:40
Ötən il Azərbaycanda 5,8 milyon ton neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
2023-cü ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,7 milyon ton və ya 10,8 % azalıb.
Xatırladaq ki, 2023-cü ildə ölkədə neftin emalı 6,5 milyon ton təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Mənbə: https://memurtv.az/iqtisadiyyat/14152-azerbaycanda-oten-il-6-milyon-tona-yaxin-neft-emal-edilib.html