Yaponiya bu il Rusiyadan LNG idxalını 3,3% azaldıb

18-07-2024, 09:48

Yaponiya bu il Rusiyadan LNG idxalını 3,3% azaldıb2024-cü ilin ilk altı ayında Yaponiya Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının həcmini 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3% azaldıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlarda göstərilib.

Qeyd olunub ki, eyni dövrdə Tokio Rusiya kömürünün alışını da 69,1% azaldıb, neft idxal etməyib.

Yaponiya dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz idxalçılarından biridir.

Mənbə: https://memurtv.az/iqtisadiyyat/13240-yaponiya-bu-il-rusiyadan-lng-idxalini-33-azaldib.html