Dünya bazarında neft qiymətləri necə dəyişib?

13-05-2024, 10:04

Dünya bazarında neft qiymətləri necə dəyişib?Dünya bazarında neft qiymətləri azalıb.

Belə ki, WTI markalı neftin iyun füçersləri 0,26% ucuzlaşaraq bir barelinin qiyməti 78,06 ABŞ dolları olub.

“Brent” markalı neftin iyul füçersləri isə 0,34% ucuzlaşaraq bir barelinin qiyməti 82,51 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg

Mənbə: https://memurtv.az/iqtisadiyyat/12932-dunya-bazarinda-neft-qiymetleri-nece-deyishib.html