Azərbaycan neftinin qiyməti 100 dolları keçdi

15-09-2023, 09:35

Azərbaycan neftinin qiyməti 100 dolları keçdiDünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82% artaraq 100,53 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Mənbə: https://memurtv.az/iqtisadiyyat/11953-azerbaycan-neftinin-qiymeti-100-dollari-kechdi.html