Azərbaycan nefti ucuzlaşıb

18-07-2023, 09:29

Azərbaycan nefti ucuzlaşıbDünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,14 ABŞ dolları, yaxud 1,36% azalaraq 82,96 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Mənbə: https://memurtv.az/iqtisadiyyat/11654-azerbaycan-nefti-ucuzlashib.html