Azərbaycan nefti ucuzlaşıb

9-03-2023, 11:14

Azərbaycan nefti ucuzlaşıbDünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,74 ABŞ dolları, yaxud 2,02 % azalaraq 84,73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Mənbə: https://memurtv.az/iqtisadiyyat/11088-azerbaycan-nefti-ucuzlashib.html