Nazir Azərbaycan iqtisadiyyatının bərpasından yazdı » Memur.az

Nazir Azərbaycan iqtisadiyyatının bərpasından yazdı

Nazir Azərbaycan iqtisadiyyatının bərpasından yazdı“Azərbaycan iqtisadiyyatının inamlı bərpası sürətlə davam edir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artaraq 908 milyon dollar təşkil edib”, - deyə, o bildirib.

Nazir qeyd edib ki, cari ilin ilk beş ayında ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artıb.