Səməd Seyidov: AŞ PA-nın payız sessiyasında Qarabağ münaqişəsi gündəmə gətiriləcək » Memur.az

Səməd Seyidov: AŞ PA-nın payız sessiyasında Qarabağ münaqişəsi gündəmə gətiriləcək

Səməd Seyidov: AŞ PA-nın payız sessiyasında Qarabağ münaqişəsi gündəmə gətiriləcəkAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında əsas məsələ Avropa Şurasının 70 illiyini qeyd etmək olacaq.

Bu barədə Oxu.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Onun sözlərinə görə, Avropa Şurasının 70 illiyində Fransa Prezidenti Emmanuel Makron şəxsən iştirak edəcək.

S.Seyidov bildirib ki, Fransa Prezidenti oktyabrın 1-də AŞ PA üzvlərinin suallarını cavablandıracaq.

Deputat onu da əlavə edib ki, AŞ PA-nın payız sessiyasında Rusiya məsələsi, Avropanı maraqlandıran və narahat edən digər məsələlər gündəmə gətiriləcək.

Payız sessiyasında ombudsman təsisatları üçün ümumi standartlar və terror qurbanlarının müdafiəsi ilə bağlı məsələlər də qaldırılacaq.

S.Seyidov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti, həmişəki kimi, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcək.