Səfir: "Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək"
iqtisadiyyat
27-11-2017, 15:00
815
Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq.
Memur.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, işçi qrupunun birinci iclası gələn ilin əvvəlində keçiriləcək.
O xatırladıb ki, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında dəmir yolu dəhlizinin yaradılması ilə bağlı sənəd imzalanıb:
"Bu layihə vasitəsilə Əfqanıstan Türkmənbaşı və Batumi limanları, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə biləcək".