Azərbaycan ABŞ-da da ticarət evi açacaqmı? » Memur.az

Azərbaycan ABŞ-da da ticarət evi açacaqmı?

Azərbaycan ABŞ-da da ticarət evi açacaqmı?


Azərbaycan ABŞ-da ticarət evi açmaq imkanlarını nəzərdən keçirir.


Memur.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

O qeyd edib ki, bu qərar gələcəkdə qəbul edilə bilər: "Hər şey Birləşmiş Ştatlarla əmtəə dövriyyəmizin həcmindən və dinamikasından asılıdır. Biz təhlil aparmağa davam edirik və əmtəə dövriyyəsinin uğurla genişləndiyi və müsbət dinamika nümayiş etdirdiyi ölkələrdə ticarət evlərinin yaradılması üzərində işləyəcəyik".

Xatırladaq ki, artıq Belarusda Azərbaycan Ticarət Evi açılıb.