Azərbaycanda nağd pul kütləsi azaldı » Memur.az

Azərbaycanda nağd pul kütləsi azaldı

Azərbaycanda nağd pul kütləsi azaldı
AMB məlumat yaydı.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 1-nə olan məlumatına görə, ölkədə nağd pul kütləsi son bir ayda 325,3 milyon manat və yaxud 4,6% azalaraq 6 milyard 730,6 milyon manat olub.

Memur.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Hesabata görə, son 1 ildə pul kütləsi 41,6%, ilin əvvəlindən isə 41,7% azalıb.

Qeyd edək ki, oktyabrın sonunda ölkədə nağd pul kütləsinin həcmi 7 milyard 55,9 milyon manat təşkil edirdi.