OPEK hasilatı artırır
iqtisadiyyat
8-11-2015, 14:44
742
ABŞ analitikləri hesab edirlər ki, dünyada neftin qiymətlərinin azalmasının davam və qiymətin dinamikası ilə bağlı bədbin proqnozlara baxmayaraq, OPEK neftinin hasilatı artmağa davam edəcək.
ABŞ-ın "JP Morgan" bankının analitiklərinin gözləntilərinə əsasən, 2016-cı ildə OPEK neftinin orta hesabla hasilatı sutkada 32,2 milyon barel təşkil edəcək.
Trend-in əldə etdiyi məruzədə analitiklər qeyd edirlər ki, OPEK hasilatının gələcək artımı, əsasən, İranın əlavə neft həcmləri, İraq və Səudiyyə Ərəbistanında hasilatın artması hesabına təmin ediləcək. Bundan başqa, BƏƏ-də hasilatın artması üçün potensial var.
OPEK üzv ölkələrinin neft hasilatı üzrə "JP Morgan"ın proqnozları (milyon barel/sutka).