Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173,2 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 533,6 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 %-ni, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 %-ni, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 %-ni tranzit yüklər təşkil edib.
