Vergilər Nazirliyinin departamenti tikinti şirkətini məhkəməyə verib » Memur.az

Vergilər Nazirliyinin departamenti tikinti şirkətini məhkəməyə verib

Vergilər Nazirliyinin departamenti tikinti şirkətini məhkəməyə verib

Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Azəri İnşaat-2009" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report"un məlumatına görə, departament vergi faiz və maliyyə sanksiyası üzrə borcun tutulması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Azəri İnşaat-2009" Azərbaycanda özəl müəssisə kimi 2009-cu ildə təsis edilib. Şirkət tikinti-inşaat, layihələndirmə, memarlıq, dizayn, alqı-satqı və digər sahələr üzrə fəaliyyət göstərir.