Ermənistanda təzyiqlərə məruz qalan müxalifətçi Azərbaycana qaçdı » Memur.az

Ermənistanda təzyiqlərə məruz qalan müxalifətçi Azərbaycana qaçdı

Ermənistanda təzyiqlərə məruz qalan müxalifətçi Azərbaycana qaçdı

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.