Hökumətin anti-böhran konsepsiyası varmı? - AÇIQLAMA » Memur.az

Hökumətin anti-böhran konsepsiyası varmı? - AÇIQLAMA

Hökumətin anti-böhran konsepsiyası varmı? - AÇIQLAMA

Dünya dövlətləri lazım olduğu təqdirdə, ölkələrindəki böhranın qarşısını almaq üçün müvafiq anti-böhran konsepsiyalarını hazırlayırlar.

MDB ölkələrinin təcrübəsi də göstərir ki, anti-böhran tədbirləri sadəcə dövlət büdcəsinin xərclərinin azaldılmasına deyil, həmçinin bəzi hallarda stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün yeni xərclərin yaranmasına xidmət edir. Bu baxımdan anti-böhran büdcəsi heç də xərclərin azaldılması anlamına gəlmir, əksinə bir sıra vacib olmayan layihələrin maliyyələşdirilməməsi hesabına anti-böhran tədbirlərinə vəsaitin ayrılmasını nəzərdə tutur.
Neftin qiymətinin düşməsi və dünya ölkələrindəki iqtisadi böhran Azərbaycana da müəyyən mənada təsir edib. Bəs Azərbaycan hökumətinin anti-böhran konsepsiyası varmı?
Məsələ ilə bağlı musavat.com-a millət vəkili Vahid Əhmədov danışıb. V.Əhmədov bildirib ki,

Azərbaycan üçün böhrandan danışmaq hələ tezdir:
“Böhan o zaman olur ki, ölkədə ciddi iqtisadi problemlər yaranır. Hələlik Azərbaycanın öz problemlərini həll etmək üçün kifayət qədər ehtiyatları var. Baxmayaraq ki, manat devalivasiyaya uğradı, neftin qiyməti müəyyən qədər aşağı düşdü, ancaq ehtiyatlarımız hələ mövcuddur. Lazım olduğu təqdirdə həmin ehtiyatlardan istifadə olunacaq. Əlbəttə, yəqin ki, hökumətin müəyyən proqramları da var. Həmin proqramlar üzərində də müvafiq işlər aparılır”.