Bakı Enerji Həftəsinin açılışı çərçivəsində 3 elektrik stansiyasının təməli qoyulacaq » Memur.az

Bakı Enerji Həftəsinin açılışı çərçivəsində 3 elektrik stansiyasının təməli qoyulacaq

Bakı Enerji Həftəsinin açılışı çərçivəsində 3 elektrik stansiyasının təməli qoyulacaqBu gün Bakı Enerji Həftəsinin açılışı çərçivəsində Azərbaycanda “Masdar” şirkətinin inşa edəcəyi üç elektrik stansiyasının təməli qoyulacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

“3 elektrik stansiyasının ümumi gücü 1 000 MVt olacaq. Artıq “Masdar” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Şirkət Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu layihələrə ümumi sərmayə təxminən 1 milyard ABŞ dolları qiymətləndirilir.