Azərbaycan nefti ucuzlaşıb » Memur.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıbDünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,39 dollar və ya 0,47% azalaraq 82,57 ABŞ dollarına enib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.