Azərbaycan neftinin qiyməti 100 dolları keçdi
iqtisadiyyat
15-09-2023, 09:35
11

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82% artaraq 100,53 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.