Azərbaycanın tədiyə balansının qalığı üç dəfə artıb » Memur.az

Azərbaycanın tədiyə balansının qalığı üç dəfə artıb

Azərbaycanın tədiyə balansının qalığı üç dəfə artıb2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı 9 milyard 375,1 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 23 milyard 478,1 milyon ABŞ dollarlıq qalıq (1 il əvvələ nisbətən 2,8 dəfə çox), maliyyə hesabındakı 12 milyard 485,2 milyon ABŞ dollarlıq kəsir (2,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 1 milyard 617,8 milyon ABŞ dollarlıq kəsir (10,5 dəfə çox) hesabına formalaşıb.