Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub

21-09-2026, 17:19

Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunubTürkiyəli Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub.

Bu barədə "MemurTv.az"a klubdan məlumat verilib.

Onunla "1+1" illik müqavilə imzalanıb.

Uğur Özdemir buna qədər 2022-2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən "Xırdalan" komandasının (hazırda "LANDAU Lions") baş məşqçisi olub.

Mənbə: https://memurtv.az/idman/19264-ugur-ozdemir-sumqayit-basketbol-komandasinin-bash-meshqchisi-teyin-olunub.html