"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
10-09-2026, 10:06
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.
"MemurTv.az"ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.
Mənbə: https://memurtv.az/idman/19080-sabah-bu-gun-manchester-yunaytedle-uz-uze-gelecek.html