Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəlib
3-06-2026, 09:39
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.
Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.
Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.
Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.
Mənbə: https://memurtv.az/idman/17851-avropa-chempionati-azerbaycan-millisi-chexiyani-meglub-ederek-yarimfinala-yukselib.html