DÇ-2026: Azərbaycan yığması qrup mərhələsində bu gün ilk oyununa çıxacaq

5-09-2025, 11:00

DÇ-2026: Azərbaycan yığması qrup mərhələsində bu gün ilk oyununa çıxacaqAzərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

"Report"un Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, komanda D qrupunun matçında İslandiya ilə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Qarşılaşmanı Niderlandan olan FIFA referisi Sander van der Eyk idarə edəcək.

DÇ-2026, seçmə mərhələ

D qrupu

I tur

5 sentyabr

22:45. İslandiya - Azərbaycan

Baş hakim: Sander van der Eyk (Niderland).

Reykyavik, "Lauqardalsvöllur" stadionu.

Qeyd edək ki, Azərbaycanın qrupdakı digər rəqibləri, Ukrayna və Fransa yığmaları da bu gün, Bakı vaxtı ilə saat 22:45-də üz-üzə gələcəklər.

Mənbə: https://memurtv.az/idman/16016-dch-2026-azerbaycan-yigmasi-qrup-merhelesinde-bu-gun-ilk-oyununa-chixacaq.html