AFFA-nın baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
22-04-2025, 14:06
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
"Report" xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.
Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.
Mənbə: https://memurtv.az/idman/15042-affa-nin-bash-katibi-meksikanin-azerbaycandaki-sefiri-ile-gorushub.html