Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxır
4-04-2025, 09:34
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Litvanın qonağı olacaq.
Vilnüsdəki “Jalgiris” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı avstriyalı Marina Zeçner idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.
Mənbə: https://memurtv.az/idman/14868-qadin-futbolchulardan-ibaret-azerbaycan-yigmasi-milletler-liqasinda-novbeti-matchina-chixir.html