Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcək

12-03-2025, 10:29

Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcəkAzərbaycan millisi həndbolu inkişafda etməkdə olan ölkələrin çempionatında növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də start götürəcək. Azərbaycan millisi ötən gün Moldovaya 21:33 hesabı ilə uduzub.

Qeyd edək ki, martın 13-də yığmanın rəqibi ABŞ olacaq.

Mənbə: https://memurtv.az/idman/14656-azerbaycanin-hendbol-millisi-bu-gun-nigeriya-ile-uz-uze-gelecek.html