“Qarabağ”ın “Bayer”i keçəcəyi təqdirə qazanacağı məbləğ bəlli oldu

7-03-2024, 12:06

“Qarabağ”ın “Bayer”i keçəcəyi təqdirə qazanacağı məbləğ bəlli olduAğdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqası çərçivəsində Almaniyanın “Bayer”(Leverkuzen) klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq.

“Qarabağ”ın “Bayer”i keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.

Bələ ki, əgər “Qarabağ” Almaniyanın “Bayer”(Leverkuzen) komandasına qalib gələrsə, 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq.

Xatırladaq ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır.
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində baş tutacaq.

Mənbə: Uefa.com

Mənbə: https://memurtv.az/idman/12667-qarabagin-bayeri-kecheceyi-teqdire-qazanacagi-mebleg-belli-oldu.html