Tarix : 4-05-2021, 13:45 | Bölmə: idman

Lukaku: “Konte üçün ölümünə mübarizə aparacağam”“İnter”in hücumçusu Romelu Lukaku komandanın baş məşqçisi Antonio Konte ilə münasibətlərindən danışıb.Bu barədə “La Tribune” nəşri yazıb.

“Ona görə ölümünə mübarizə aparacağam. “Çelsi”də birlikdə çalışa bilmədik, ancaq həmişə düşünmüşəm ki, “Mançester Yunayted”dən ayrıldıqdan sonra daha yaxşı olacam. Konte mənə açıq şəkildə dedi ki, əgər məşqlərdə çalışmasam, oynamayacam. Karyera ərzində sənə hər şeylə bağlı səmimi danışacaq insana rast gəlmək vacibdir. Təslim olduğum bir çox məqam olub. Mən isə özümə dedim: “Bəsdir, mən yorulmuşam, 27 yaşım var, nəyisə dəyişmək vaxtıdır. Ancaq mənim işim bitmir. Titul qazandığımız üçün xoşbəxtəm, ancaq artıq Avropa çempionatına köklənmişəm”, - deyə R.Lukaku bildirib.

Oxşar xəbərlər