“Barselona” islahatlara hazırlaşır: Koutinyo və Qrizman klubu tərk edə bilər » Memur.az

“Barselona” islahatlara hazırlaşır: Koutinyo və Qrizman klubu tərk edə bilər

“Barselona” islahatlara hazırlaşır: Koutinyo və Qrizman klubu tərk edə bilərİspaniyanın “Barselona” klubu yay ayında əsaslı islahatlara hazırlaşır.

Bu barədə AS agentliyi xəbər verib.

Mənbə yazır ki, klubun iki ulduzunun - Filipe Koutinyonun və Antuan Qrizmannın gələcəyi təhlükə altındadır.

Hər iki futbolçu klubdakı vəziyyətdən narazı olmasa da, rəhbərlik qərar verərsə, adları qeyd olunan oyunçular əlavə vəsait əldə etmək və büdcə yükünü azaltmaq üçün satıla bilər.