Yeni ildə Azərbaycanın ilk futbol matçlarının vaxtları bilindi » Memur.az

Yeni ildə Azərbaycanın ilk futbol matçlarının vaxtları bilindi

Yeni ildə Azərbaycanın ilk futbol matçlarının vaxtları bilindiFutbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

İlin ilk oyunları yanvarın 21-i saat 16:00-da başlayacaq.

İki günü əhatə edəcək turun üç görüşü “CBC Sport” kanalı vasitəsilə, biri isə Peşəkar Futbol Liqasının (PFL) saytında canlı yayımlanacaq.

21 yanvar

16:00 “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu (canlı/pfl.az)

16:00 “Səbail” – “Neftçi”
“ASCO Arena” (canlı/“CBC Sport“)

18:00 “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, (canlı/“CBC Sport“)

22 yanvar

16:00 “Keşlə” – “Sumqayıt”
“ASK Arena” (canlı/“CBC Sport“)

Bundan başqa, V turdan təxirə salınmış, yanvarın 28-də keçirilməli olan “Qarabağ” – “Səbail” matçının da başlanma vaxtı müəyyənləşib. “Azərsun Arena”dakı qarşılaşma da saat 16:00-da başlayacaq.