Bakı-2015-də KURYOZ: Güləşçilər xalçadan qovuldular » Memur.az

Bakı-2015-də KURYOZ: Güləşçilər xalçadan qovuldular

Bakı-2015-də KURYOZ: Güləşçilər xalçadan qovuldular

Bakı-2015 I Avropa Oyunlarında qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, kişilər arasında sərbəst güləş üzrə görüşdə iki idmançı xalçadan kənarlaşdırılıb.

57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə zərbəsi vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.

Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb. Onlar barədə hansı qərarın veriləcəyi maraqla gözlənilir.