I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq » Memur.az

I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışının marşrutunun bir hissəsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən keçməsi ilə əlaqədar olaraq iyunun 18-də axşam saatlarından başlayaraq, 19-21 iyun tarixlərində İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, yarışla əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.