Azərbaycanlı karateçi FİNALDA » Memur.az

Azərbaycanlı karateçi FİNALDA

Azərbaycanlı karateçi FİNALDA

60 kq çəki dərəcəsində karate komandamızın üzvü Firdovsi Fərzəliyev finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib. F. Fərzəliyevin növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz 4:2 hesabı ilə bu dəfə də inamlı təsir bağışlayıb. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeşlə döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.