Ronaldu “Yuventus”u tərk edə bilər » Memur.az

Ronaldu “Yuventus”u tərk edə bilər

Ronaldu “Yuventus”u tərk edə bilərTurinin “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu yay transfer pəncərəsi zamanı komandasını dəyişə bilər.

Bu barədə jurnalist Petro Balkano “Twitter” hesabında yazıb.

“Deyilənləri təsdiqləyirəm: mövsümün sonunda “Yuventus” və Ronaldunun yolları ayrıla bilər. Demək istəyirəm ki, bunlar hələ də şayiə olaraq qalır, konkret məlumat deyil. Mən hazırda bunun üzərində çalışıram”, - deyə jurnalist bildirib.

Xatırladaq ki, 35 yaşlı hücumçu A seriyasında 22 qarşılaşmada 21 qol vurub və üç məhsuldar ötürmə verib.