Bakı-2015: 34 ölkə Atletlər kəndində » Memur.az

Bakı-2015: 34 ölkə Atletlər kəndində

Bakı-2015: 34 ölkə Atletlər kəndində

Avropa Oyunlarına gələcək ölkələrin yarıdan çoxu Azərbaycandadı

Avropa Oyunlarına gələcək ölkələrin yarıdan çoxu Azərbaycandadı. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu günə kimi artıq 34 yığmanın ilk nümayəndə heyəti Bakıya gəlib.

Onlar nəzərdə tutulduğu kimi Atletlər kəndində məskunlaşıb. Bu gün nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə görüş də keçirilib. Hər gün təşkil olunacaq belə görüşlər qonaqların paytaxtımızdakı proqramını koordinasiya etməyə hesablanıb.

Qeyd edək ki, Bakı-2015-də Azərbaycan da daxil olmaqla, 50 ölkənin millisi mübarizə aparacaq.