Avropa Oyunlarının məşəli Şabrandadır » Memur.az

Avropa Oyunlarının məşəli Şabrandadır

Avropa Oyunlarının məşəli Şabrandadır

“Bakı-2015” 1-ci Avropa Oyunlarının başlamasına günlər qalıb. Qitənin tarixində ilk dəfə keçiriləcək mötəbər yarışın məşəli respublika ərazisində gəzintisini davam edir. Məşəl bu gün Azərbaycanın qədim yayaşyış məskənlərindən olan Şabran rayonundan da keçəcək. Burada onu 10 idmançı daşıyacaq. Onlardan biri də karatenin jundokan növü üzrə 1 qat dünya, 3 qat Avropa çempionu Nərmin Ağamalıyevadır.

İlk Avropa oyunlarının məşəlini Şabran rayonunda daşıyanlardan biri də Şabranda cüdo məktəbinin yaradıcısı, cüdo üzrə Respublikanın əməkdar məşqçisi Asif Abdullayevdir. Əməkdar idmançı bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirir.

Məşəlin rayonda qarşılanması üçün hazırlıq görülür. Məşəlin keçəcəyi marşrut üzrə ərazilərdə abadlıq işləri aparılır. Məşəlin Şimal regionuna səyahəti may ayının 31-də Xızıdan başlayacaq. Məşəl artıq Şabran rayonundadır.