Bakı-2015: Azərbaycan Avropa Oyunlarına 291 idmançı ilə qatılacaq » Memur.az

Bakı-2015: Azərbaycan Avropa Oyunlarına 291 idmançı ilə qatılacaq

Bakı-2015: Azərbaycan Avropa Oyunlarına 291 idmançı ilə qatılacaq

Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətində yer alacaq idmançıların sayı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə yığma komandamızın nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva açıqlama verib.

O bildirib ki, millimiz iyunun 12-28-də keçiriləcək yarışda 291 idmançı ilə təmsil olunacaq.

Komandamızın tərkibinə 150 rəsmi də daxil olacaq. Bunlar məşqçilər korpusu və digər rəsmi şəxslərdi.